UNUDULAN QİDALAR VƏ BƏDƏNİN DƏYİŞƏN EHTİYACLARI- Aikido üzrə Beynəlxalq dərəcəli idman ustası ELNUR NEMƏTOVUN yazısı
Gündəlik həyatımızda çoxumuz eynilik komfortuna düşürük — eyni tip səhər yeməkləri, eyni nahar və tanış şam yeməkləri. Bəzən belə seçimlər zaman azlığından, bəzən isə sadəcə dad vərdişindən, yəni sevdiyimiz yeməklərə bağlılığımızdan irəli gəlir.
Bəs bu bizə xeyirdirmi, yoxsa bunun bədənimiz üçün ziyanı da var?
Gəlin bədənimizin nə istədiyinə və necə işlədiyinə nəzər salaq:
İnsan bədəni adaptasiya etmə qabiliyyətinə malikdir. Yəni daha tez “öyrəşir”.
Əgər eyni qidaları uzun müddət ardıcıl qəbul ediriksə, orqanizm həmin qidalardan qida maddələrini daha az effektlə emal etməyə başlayır (sanki bezir).
Ferment sistemləri (yəni bədənin həzm köməkçiləri) həmin maddələrə uyğunlaşır və bir çox digər faydalı maddələrin sintezi (yəni maddələrin bədəndə hazırlanması) və sovrulması (yəni yeməklərimizdəki vitaminlərin bədənə tam keçməsi) arxa plana keçir.
Bağırsaq mikroflorası daralır — müxtəlif faydalı bakteriyalar üçün qida mənbəyi azalır və bu da immun sisteminə təsir edir.
Nəticədə — metabolizm ləngiyir,
enerji balansı pozulur və bu gələcəkdə cəki artımı ilə müşahidə edilir.
Bəs necə edək?
Bizə müxtəlif növ qidalanmaq cox vacibdir!!!
Tədqiqatlar göstərir ki, daha çox müxtəlif qida qəbul edən insanların;
- maddələr mübadiləsi daha aktiv olur və bağırsaq mikrobiomu daha zəngindir (yəni müxtəlif qidalar bu faydalı bakteriyaların sayını artırır və həzm sistemini gücləndirir),
- Həmçinin bu insanlarda iltihab səviyyəsi daha aşağıdır (yəni eyni qidaları uzun müddət qəbul edən şəxslərdə bədəndə iltihabın göstəriciləri artır, bu isə xroniki yorğunluq və xəstəlik riskini yüksəldə bilər),
- İmmun cavabları daha güclüdür (yəni bədənin özünü xəstəliklərdən qoruma qabiliyyəti),
- gümrahlıq və enerji səviyyəsi daha sabitdir.
Monoton pəhriz isə (yəni təkrarlanan eyni qidalar) bir çox hallarda:
- vitamin və mineral çatışmazlığına,
- maddələr mübadiləsinin ləngiməsinə,
- bədəndə yağ toplanmasına,
- ümumi halsızlığa səbəb olur.
Qeyd:
Unudulmuş qidalara daha çox üstünlük verin. Bədənin bütün vitamin, mineral və antioksidant ehtiyaclarını qarşılamasına kömək edən qidalardan çox istifadə edin.
Əgər siz bədənə təkrar-təkrar eyni qidanı verirsinizsə, o da eyni cavabı verəcək və getdikcə “tənbəlləşəcək”. Müxtəliflik isə bədənə canlanma və enerji verir.
Qidalarla bədəninizə hörmət edin ki — o da sizə hörmətlə cavab versin.




