Universitetlərin səviyyəsi ölkənin inkişaf səviyyəsinin güzgüsüdür – Professor SALEH MƏMMƏDOV
Cənubi Qafqazın top 10 Universiteti
Dünya təcrübəsi və elm sübut edir ki, universitetlərin səviyyəsi ölkənin inkişaf səviyyəsinin güzgüsüdür. Bir ölkə haqqında məlumat almaq istəyəndə birinci növbədə universitetlərin vəziyyətini təhlil edirəm. Son zamanlar (son on durğunluq dövrü) ölkəmiz Cənubi Qafqazda və dünya miqyasında bütün iqtisadi göstəricilər üzrə (ordu quruculuğu istisnadır) geriləməkdə davam edir. Ən başlıca səbəbini bunun mən təhsildə və bilik iqtisadiyyatında, yəni universitetlərdə geriləmə ilə əlaqələndiriəm. Bunu Cənubi Qafqazın universitetlərin reytinq cədvəlindən də rahat görmək olar.
Cədvəlin məlumatlarından göründüyü kimi Cənubi Qafqaz və dünya sıralamasında Azərbaycan universitetləri sonuncu yerdədir. Bizim ölkə üzrə birinci universitetimiz – UNEC, Gürcüstanın üç, Ermənistanın isə bir universitetindən sonra gəlir. Gürcüstan üzrə birinci yeri tutan universitet dünya üzrə 1514-cü yerdə, Ermənistan universiteti 2970-ci yeri tutursa, Azərbaycanın birinci yerdə duran universiteti dünya üzrə 3067-ci yerdədir. Amma birinci 10-luqda Gürcüstanın 5 universiteti, Ermənistanın 1 universiteti, Azərbaycanın isə 4 universiteti yer almışdır. Bununla yanaşı qiymətləndirmə zamanı Azərbaycanın əhalisinin sayını, maddi imkanlarını nəzərə almaq lazımdır.





