Dünya

Universitetlərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

27 avqust / 15:13 1 dəq
Dim
27 avqust / 15:13
Burada sizin reklamınız ola bilər

Sabah ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Məlumat verilib.

Bildirilib ki, həmin ixtisaslara seçim avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

“Abituriyent” jurnalının 7-ci sayında isə müsabiqədə iştirak edən, lakin ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat təqdim olunub. Jurnalda ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı da verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər