Dünya

Ukraynanın PUA hücumu ilə əlaqədar Bakı-Moskva reyslərində gecikmələr yaranıb

11 mart / 12:33 1 dəq
67cfdfb4a14ca67cfdfb4a14cb174167646867cfdfb4a14c867cfdfb4a14c9
11 mart / 12:33
Burada sizin reklamınız ola bilər

Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur.

Bu barədə Qerbxeber.com AZAL-dan bildirilib.

Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.

Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Qeyd edək ki, ötən gücə Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Moskvaya kütləvi hücum həyata keçirib. Hücum nəticəsində ölən və yaralananlar var.

Paylaş
Burada sizin reklamınız ola bilər