Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu olub, 4 nəfər ölüb

17 aprel / 11:35 1 dəq
661f7a8f2e3a3661f7a8f2e3a41713339023661f7a8f2e3a1661f7a8f2e3a2
17 aprel / 11:35
Burada sizin reklamınız ola bilər

Rusiya qoşunları Ukraynanın Çerniqov şəhərinə raket hücumu edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Vyaçeslav Çaus teleqram kanalında yazıb.

“Ölənlər və çoxlu yaralılar var”, – deyə o qeyd edib.

Məlumata görə, Rusiya qoşunları aprelin 17-də səhər saatlarında Çerniqovu üç raketlə vurublar və raket hücumu nəticəsində azı 4 nəfər həlak olub. Yaralıların sayı hələlik məlum deyil.

Paylaş
Burada sizin reklamınız ola bilər