Ukraynalılar normal ölkə qura bilmədilər – Orban
Ukrayna NATO və AB-yə üzv olmaq iqtidarında deyil, çünki bu ölkənin iqtisadi vəziyyəti qeyri-qənaətbəxşdir.
Qerbxeber.com Oxu.az-a istinadən xəbər verir ki, bunu LCI telekanalına müsahibəsində Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Ukrayna hələ münaqişədən əvvəl müflis olmuşdu. 1990-cı illərdə ukraynalılar iqtisadiyyatı normal fəaliyyət göstərən dövlət qura bilmədilər”, – baş nazir bəyan edib.
Orbanın fikrincə, Ukraynanın AB-yə daxil olması cəmiyyət üçün böyük problemlərlə nəticələnəcək.
Baş nazir qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması da qəbuledilməzdir.




