Dünya

Ukrayna və Azərbaycan Prezidentləri regional təhlükəsizlik məsələlərini müzakirə edib

22 may / 09:24 2 dəq
Images 2024 05 22T092332.601
22 may / 09:24
Burada sizin reklamınız ola bilər

Mayın 21-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatına görə, telefon danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Söhbət zamanı hər iki ölkənin aidiyyəti qurumlarına birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqların veriləcəyi bildirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə telefon danışığı barədə X platformasında məlumat yayıb.

“Azərbaycan Prezidenti İlham Əliyevlə regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdik. Bizim enerji, ticarət və digər sahələrdə perspektivli layihələrimiz var. Komandalarımıza onların həyata keçirilməsi üzrə işləri gücləndirmək və gələcək birgə fəaliyyətləri əlaqələndirmək tapşırılıb”, Ukrayna Prezidenti qeyd edib.

Amerikanın səsi

Paylaş
Burada sizin reklamınız ola bilər