Dünya

Ukrayna Rusiyanın iki pilotsuz təyyarəsini vurub

1 aprel / 23:30 2 dəq
Vurulan təyyarə
1 aprel / 23:30
Burada sizin reklamınız ola bilər

Ukrayna ordusu bazar ertəsi gecə hücumları zamanı Rusiyanın üç pilotsuz təyyarəsindən ikisini məhv etdiyini bildirib.⁣

Hesabatda dronların harada vurulduğu və ya üçüncü pilotsuz uçuş aparatının hər hansı zərər verib-vermədiyi barədə heç bir məlumat verilməyib.⁣

Rusiya Müdafiə Nazirliy Ukrayna ilə həmsərhəd Belqorod vilayətində Ukraynaya məxsus iki pilotsuz təyyarə hücumunun qarşısını aldığını bildirib.⁣

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov vurulan iki pilotsuz təyyarə parçalarının düşməsi nəticəsində bir evə və elektrik xəttinə ziyan dəydiyini bildirib.⁣

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak bazar ertəsi deyib ki, müharibə güclənməkdə davam edir, Rusiya işğalı üçün resurslar ayırır və belə bir müharibə yalnız hərbi həll oluna bilər.⁣

Podolyak müttəfiqlərini Ukrayna ordusuna Rusiyanın arsenalına uyğun daha çox silahla yardım etməyə çağırıb.⁣
⁣Podolyak sosial şəbəkədə “Nə olursa olsun, hərbi istehsalı kəskin şəkildə genişləndirmək və Ukraynanı çox sayda xüsusi silahla təmin etmək gərək olacaq. Bu nə qədər tez olarsa, bir o qədər təsirli və yaxşı görünəcək” yazıb.

Mənbə: Amerikanın səsi

Paylaş
Burada sizin reklamınız ola bilər