Ukrayna Rusiyanın daha bir neft emalı zavodunu vurdu
Ötən gün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Rusiyanın Ufa şəhərində yerləşən “Başnafta-Novoil” neft emalı zavoduna hücum edilib.
Bu barədə “Unian” məlumat yayıb.
Məlumata görə, PUA-ların obyektə zərbələri nəticəsində irimiqyaslı yanğın baş verib. Şəhərdə hava limanı bağlanıb, internet kəsintisi qeydə alınıb.
Hücumla bağlı Rusiyadan hər hansı rəsmi açıqlama hələ ki, verilməyib.




