Ukrayna Silahlı Qüvvələri ilk dəfə Rusiyanın daxilindəki hədəfləri Böyük Britaniyanın “Storm Shadow” qanadlı raketləri ilə vurub.
Qerbxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“The Telegraph” nəşri Kursk vilayətinin Maryino kəndi yaxınlığında “Storm Shadow”un qalıqlarını aşkar edən şahidlərə istinadən Böyük Britaniya raketlərinin istifadəsi ilə bağlı məlumatı təsdiqləyib.
Britaniya Nazirlər Kabinetinin sözçüsü məsələ ilə bağlı şərh verməyəcəklərini bildirib.