Ukrayna Rusiya-Macarıstan Neft Kəmərini vurdu
Ukraynanın hücumu nəticəsində Rusiya neftini Macarıstana nəql edən “Drujba” neft kəməri yenidən fəaliyyətini dayandırıb.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto öz “Facebook” səhifəsində məlumat verib.
O qeyd edib ki, hadisə Rusiya-Belarus sərhədində baş verib.
Adı çəkilən neft kəməri avqustun 18-də endirlən zərbədən sonra təzə təmir olunmuşdu.




