Dünya

Ukrayna Prezidenti İordaniyada səfərdədir

Dünən / 20:05 1 dəq
Zelenski iordan
Dünən / 20:05
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə dövlət başçısı özünün “Facebook” səhifəsində paylaşım edib.

Volodimir Zelenski səfərin əsas məqsədinin təhlükəsizlik məsələləri olduğunu vurğulayıb:

“Hazırda İordaniyadayam. Ən vacib məsələ təhlükəsizlikdir və tərəfdaşlarımızın bu istiqamətdə lazımi səylər göstərməsi önəmlidir. Ukrayna öz töhfəsini verir. Qarşıda mühüm görüşlər gözlənilir”.

Xatırladaq ki, İordaniyaya səfərdən əvvəl Ukrayna lideri Qətərdə olub. Həmin səfər çərçivəsində rəsmi Kiyev və Doha arasında müdafiə sahəsində strateji tərəfdaşlıq haqqında azı 10 illik müddəti əhatə edən saziş imzalanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər