Dünya

Ukrayna Litvadan hərbi yardım paketi alıb

10 fevral / 09:12 1 dəq
Indir 2024 02 10T091137.307
10 fevral / 09:12
Burada sizin reklamınız ola bilər

Ukrayna Litvadan hərbi yardım paketi alıb.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukrayna müdafiə naziri Rüstəm Umerov “X” hesabında paylaşım edib.

“Ukrayna Litvadan qış ləvazimatları və on minlərlə isti geyim dəstlərindən ibarət daha bir mühüm hərbi paket aldı”, – ukraynalı nazir paylaşımında bildirib.

O, litvalı həmkarına və Litva xalqına Ukraynanın mübarizəsində verdiyi dəstəyə görə təşəkkür edib: “Biz Rusiya təcavüzünə qarşı mübarizəmizdə həmrəyik”.

Paylaş
Burada sizin reklamınız ola bilər