Dünya

Ukrayna kəşfiyyatı: “Ruslar Krımdan çıxmağa başlayıblar”

23 iyun / 15:57 1 dəq
Russian Ukraine war (3)
23 iyun / 15:57
Burada sizin reklamınız ola bilər

Krımla Xerson vilayətini birləşdirən Çonqar körpüsünün vurulmasından sonra ruslar yarımadadan çıxmağa başlayıblar.

“Qərb Xəbər” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Andrey Yusov deyib.

Onun sözlərinə görə, Krımdakı bir sıra müəssisələr evakuasiyaya hazırlaşır: “Onlar Rusiya ərazisinə köçmək üçün lazımi sənədlərin toplanması ilə məşğuldurlar”.

Qeyd edək ki, dünən, iyunun 22-də Ukrayna ordusu Krımla Xerson vilayətini birləşdirən Çonqar körpüsünə raket zərbələri endirib. Nəticədə körpü zədələnib.

Paylaş
Burada sizin reklamınız ola bilər