Dünya

Ukrayna 1400 km uzaqda yerləşən Neft emalı zavodunu vurdu

11 oktyabr / 18:39 1 dəq
Rusiya partlayish terminal (2)
11 oktyabr / 18:39
Burada sizin reklamınız ola bilər

Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyatlar Mərkəzinin pilotsuz uçuş aparatları (PUA) Ukraynadan 1400 kilometr məsafədə yerləşən Ufa şəhərindəki (Başqırdıstan Respublikası) “Başneft-UNPZ” neft emalı zavoduna zərbə endirib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Axar.az “İnterfaks-Ukrayna” xüsusi xidmətdəki mənbəyə istinadən məlumat yayıb.

Bu, son bir ay ərzində Ukrayna Təhlükəsizlik Xidmətinin Başqırdıstanda – Ukraynadan 1 400 kilometr məsafədə – üçüncü zərbəsidir. Ukrayna Təhlükəsizlik Xidməti istənilən obyektə çata bilər”, – mənbə bildirib.

Qeyd edək ki, Ufa şəhəri Rusiyanın ən böyük neft emalı mərkəzlərindən biridir və Rusiya Silahlı Qüvvələrini yanacaq, eyni zamanda yanacaq-sürtkü materialları ilə təmin edir.

Paylaş
Burada sizin reklamınız ola bilər