İdman

UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün “Linkoln”la cavab oyununu keçirəcək

19 iyul / 14:03 1 dəq
2f8622fe 2e7d 3efe b02c 4d86c39efd38
19 iyul / 14:03
Burada sizin reklamınız ola bilər

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

“Qərb Xəbər” xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Cəbəllütariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək. Qurban Qurbanovun kollektivi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Albaniyalı hakim Eldorjan Hamitinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.

Bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
19 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq)

Baş hakim: Eldorjan Hamiti (Albaniya)
Bakı Olimpiya Stadionu

Paylaş
Burada sizin reklamınız ola bilər