Kateqoriyasız

UEFA Avropa Liqası: “Qarabağ”ın rəqibləri bəlli olub

30 avqust / 15:55 1 dəq
Qarabag
30 avqust / 15:55
Burada sizin reklamınız ola bilər

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.

Qerbxeber.com məlumatına görə, “köhlən atlar” ilk oyununu “Ayaks”la (Niderland) evdə keçirəcək.

Ağdamlılar ikinci matçında səfərdə “Tottenhem” (İngiltərə) ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi üçüncü görüşündə doğma meydanda “Lion” (Fransa), dördüncü qarşılaşmasında səfərdə “Olimpiakos”la (Yunanıstan) üz-üzə gələcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv daha sonra evdə “Malmö” (İsveç) ilə, ardınca isə səfərdə “Budyo Qlimt”lə (Norveç) görüşəcək. Növbəti qarşılaşmalar FCSB (Rumıniya) ilə Bakıda, “Elfsborq”la İsveçdə gerçəkləşəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər