Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycandadır
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.
Qerbxeber.com verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Nazir Fidanın Bakıya yerli vaxtla saat 23:55-də (Türkiyə vaxtı ilə 22:55) çatdığı bildirilib.
Xarici işlər naziri Fidan sabah (cümə günü səhər) Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.
Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda da iştirakı gözlənilir.




