Bölgə xəbərləri

Gəncədə Atatürkün anım günü keçirilib

10 noyabr / 10:22 1 dəq
858c7bf5 e277 33f7 93be 79a4125258cd
10 noyabr / 10:22
Burada sizin reklamınız ola bilər

Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümü ilə əlaqədar Türkiyənin Gəncədəki Baş Konsulluğunda anım mərasimi keçirilib.

“Qərb Xəbər”in “Report”a məlumatına görə, tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, yerli rəsmilər, şəhər ziyalıları və bu şəhərdə təhsil alan türkiyəli tələbələr və iş adamları iştirak ediblər.

Çıxışçılar Atatürkün həyatından söhbət açıb, onu rəhmətlə yad etdiklərini vurğulayıblar.

Qeyd edək ki, Qazi Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda Dolmabağça sarayında vəfat edib. Cənazəsi noyabrın 21-də müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, Mavzoleyin inşasından sonra 1953-cü il noyabrın 10-da oraya köçürülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər