Türkiyədə yenidən baş verən zəlzələ nəticəsində çox sayda insan dağıntılar altında qalıb
Türkiyənin Malatya əyalətinin Yeşilyurt rayonunda 27 fevral yerli vaxtla saat 12:04-də baş verən zəlzələdə 1 nəfər həlak olub, 110 nəfər yaralanıb.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ nəticəsində 30-dan çox bina çöküb, hadisə nəticəsində dağıntılar altında çox sayda insanın qaldığı bildirilir.
AFAD-ın son dəqiqə verdiyi məlumatlara görə, dağıntılar altından 32 nəfər sağ çıxarılıb. Hazırda isə xilasetmə işləri davam etdirilir.




