Dünya

Türkiyədə Qara dəniz qazı quruya çatdırılıb

21 aprel / 11:38 1 dəq
6442279a39f926442279a39f9316820571146442279a39f906442279a39f91
21 aprel / 11:38
Burada sizin reklamınız ola bilər

Türkiyədə Qara dənizin “Sakarya” yatağından çıxarılan təbii qaz quruya çatdırılıb.

“Qərb Xəbər” in xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldak vilayətinin Filyos rayonunda rəsmi məşəlin alovlandırılması mərasimində iştirak edib.

Türkiyə lideri mərasimdə çıxışı zamanı deyib ki, “Sakarya” yatağından birinci mərhələdə gündə 10 milyon kubmetr qaz, gələcəkdə qazılacaq yeni quyularla isə gündə 40 milyon kubmetr qaz çıxarılacaq.

Xatırladaq ki, Türkiyə tərəfindən 2020-ci ildə Qara dənizdə aşkarlanan “Sakarya” yatağının aşkarlanan ümumi qaz ehtiyatı 710 mlrd. kubmetr təşkil edir.

Paylaş
Burada sizin reklamınız ola bilər