Dünya

Türkiyədə illik inflyasiya 68,5%-ə yüksəlib

3 aprel / 12:37 1 dəq
Images 2024 04 03T123644.522
3 aprel / 12:37
Burada sizin reklamınız ola bilər

Türkiyədə illik inflyasiya mart ayında 68,5%-ə yüksəlib. Bu isə ötən aya nisbətən 1,43% çoxdur.

Qerbxeber.com Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir. Fevral ayında bu rəqəm 67,07% təşkil edib. Məlumata görə, mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3,16%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 15,06% artıb.

Ötən ilin eyni ayına nisbətən ən az artım 50,10% ilə geyim və ayaqqabı qiymətlərində, ən çox artım qeydə alınan əsas qrup isə 104,07% ilə təhsil sektoru olub.

Qeyd edək ki, mart ayında qeydə alınan inflyasiya ötən ilin iyun ayından bəri ən yüksək göstəricidir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı