Dünya

Türkiyədə illik inflyasiya…

5 may / 11:54 1 dəq
Indir 2025 05 05t114945.012
5 may / 11:54
Burada sizin reklamınız ola bilər

Türkiyədə illik inflyasiya yenidən azalıb.

Qerbxeber.com Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin aprel ayında illik inflyasiya 37.86% təşkil edib. Mart ayında bu rəqəm 38.10% təşkil etmişdi. Aprel ayında ayında istehlak qiymətləri əvvəlki aya görə 3% artıb.

Qeyd edək ki, son bir ildə ərzaq və alkoqolsuz içkilər üzrə 36,09%, nəqliyyatda 22.76%, mənzillərdə isə 74,07% artım müşahidə olunub.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə – 85,5%-ə çatmışdı, ötən il isə bu göstəricinin ən yüksək səviyyəsi – 75.45%-lə may ayında qeydə alınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər