Dünya

Türkiyədə 10 fabrik yanıb

2 avqust / 09:01 1 dəq
Cfe5efef 2da5 3336 a141 891fe6e02af5
2 avqust / 09:01
Burada sizin reklamınız ola bilər

Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda sənaye zonasında fabrikdə baş verən yanğın nəzarət altına alınıb.

“Qərb Xəbər” “TRT Haber”ə istinadən xəbər verir ki, küləyin təsiri ilə ətrafa yayılan yanğın meşə məhsulları fabriklərini də bürüyüb.

Təxminən 10 fabrik yanıb. İnegöl və ətraf rayonlardan çoxlu sayda yanğınsöndürən hadisə yerinə göndərilib. Bölgədə zaman-zaman partlayışlar meydana gəlib.

Ehtiyat tədbiri olaraq yaxınlıqdakı fabriklər boşaldılıb.

Soyutma tədbirləri davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər