Dünya

Türkiyə XİN: “AŞPA-nın qəbul etdiyi qətnamə qəbuledilməzdir”

13 oktyabr / 13:41 1 dəq
Fc4b08a9 8198 3e20 9a1b c48d39309dd2
13 oktyabr / 13:41
Burada sizin reklamınız ola bilər

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə əleyhinə qəbul etdiyi qətnamə qəbuledilməzdir”.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, AŞPA 2023-cü il oktyabrın 12-də Türkiyə ilə bağlı qəbul etdiyi tövsiyə və qərarla tarixi səhvə yol verib: “AŞPA bununla məhkəmə proseslərini siyasiləşdirir və dialoq kanallarını bağlamağa çalışır. Bu, AŞPA-nın əsas prinsipi olan demokratik dəyərlərə ziddir. AŞPA-nın etdiyi bu ehtiyatsızlıq gələcəkdə utancla xatırlanacaq”.

Vurğulanıb ki, Türkiyə qurucu üzvü olduğu Avropa Şurasının məşvərət orqanı olan AŞPA-nın öz məqsəd və dəyərlərindən bu qədər uzaqlaşmasından təəssüflənir.

Paylaş
Burada sizin reklamınız ola bilər