Dünya

Türkiyə və Ukrayna Prezidentləri arasında telefon danışığı olub

12 avqust / 17:57 1 dəq
689b44eb52263689b44eb522641755006187689b44eb52261689b44eb52262
12 avqust / 17:57
Burada sizin reklamınız ola bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Qerbxeber.com Anadolu agentliyinə istinadən xəbər verir ki, danışıq zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq mövzular haqqında fikir mübadiləsi aparılıb.

Ərdoğan Türkiyənin Rusiya və Ukrayna arasında liderlər səviyyəsində sammitə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. O, ölkəsinin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək göstərməyə davam edəcəyini vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər