Hadisə

Türkiyə və Özbəkistan prezidentləri Azərbaycana gələcək

6 oktyabr / 00:33 1 dəq
ərdoğan mirziyayev
6 oktyabr / 00:33
Burada sizin reklamınız ola bilər

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfər edəcək.

Qerbxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.

Tədbirlə əlaqədar Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Qeyd edək ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri daxildir.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Şimali Kipr Türk Cümhuriyyətinin (SKTC) Prezidenti Ersin Tatarın oktyabrın 6-da Azərbaycana səfər edəcəkləri barədə mətbuatda məlumat verilib. (“Report”)

Paylaş
Burada sizin reklamınız ola bilər