Türkiyə Ukraynaya ordu göndərir? – Nazirdən RƏSMİ AÇIQLAMA
“Türkiyə Ukraynaya hərbçi göndərməyəcək”.
“Qərb Xəbər” “NTV”yə istinadən məlumat verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Türkiyə hazırda hər iki tərəf ilə təmasdadır: “Hazırda təxliyə üçün Kiyevə göndərilən 2 təyyarəmiz üçün təhlükə yoxdur. Türkiyə Ukraynaya hərbçi göndərəcək deyirlər, bu, doğru deyil. Bu gün bir qəzet yazıb ki, Türkiyə qarant olduqda Ukraynaya hərbçi göndərəcək, bu, düzgün deyil”.




