Dünya

Türkiyə MN Ermənistanı Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməyə çağırıb

14 sentyabr / 13:21 1 dəq
2e8f9176 0b55 3c4a b494 e24aae9404e8
14 sentyabr / 13:21
Burada sizin reklamınız ola bilər

“Ermənistanın Cənubi Qafqazdakı sabitlik üçün Azərbaycan tərəfindən uzadılan sülh əlini tutmasını arzu edirik”.

“Qərb Xəbər” bildirir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik hesabatda deyib.

O bildirib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması üçün səmimi səylərini davam etdirir: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində onların yanında olmağa davam edəcəyik”.

Həmçinin, qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin mina və partlamamış sursatlardan təmizlənməsi istiqamətində dəstəyini davam etdirir.

Paylaş
Burada sizin reklamınız ola bilər