Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini qaldırıb
Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
“Qərb Xəbər”quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 2,5 faiz bəndi artırılaraq 40 %-dan 42,5 %-ə qaldırılıb.
Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il noyabrın 23-də keçirilmiş iclasında 35 %-dən 40 %-ə çatdırılmışdı.




