Dünya

Türkiyə İskilipdə Beynəlxalq Qardaşlıq Görüşü-Skautlar Yaylaq düşərgəsində

8 iyul / 17:00 2 dəq
6592c414 94a5 4074 b7fc d50ac14be6de
8 iyul / 17:00
Burada sizin reklamınız ola bilər

İskilip Bələdiyəsinin ev sahibliyində, Gənçlik və İdman Nazirliyinə bağlı Türkiyə Skautlar (İzcilik) Federasiyası üzvü “Alfa” Gənclik ve Spor Kulubu tərəfındən təşkil edilən  Qardaş Komandalar Skautlar Düşərgəsi,, Yalak Yaylağında uğurla başa çatıb.

Qerbxeber.com -un verdiyi məlumata görə aralarında Azərbaycandan gedən skautların da olduğu düşərgədə,bir neçə ölkənin təmsilçiləri iştirak edib.
6-17 yaş aralığında müxtəlif ölkələrdən gələn 500 nəfər skaut, 1 həftə boyunca təbiətin qoynunda, müxtəlif tədbirlər, yürüyüşlər, skaut oyunları, ətraf aləm çalışmaları və mədəni tədbirlər həyata keçiriblər.

“Alfa” Gənclik Dərnəyi Başkanı Mustafa Köşkerin Qerbxeber.com-a verdiyi məlumata görə,Düşərgənin sonuncu günündə İskilip Qaymakamı Ramazan Polat, Bələdiyyə başqanı İsmayıl Çizikci, MHP yerli təşkilatının rəhbəri Mehmet Aktaş və digər ictimai fəalların iştirakı ilə skautların vidalaşma mərasimi keçirilib.TRT sənətçisi, ozan Kaya Kuzucunun ifaları ilə yaddaqalan və unudulmaq bir vidalaşma həyata keçirilib.
Sonda Skautlar təbiəti qoruyacaqlarına söz verib, düşərgə tonqalını alovlandırdılar.

 

Paylaş
Burada sizin reklamınız ola bilər