Dünya

Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən çıxıb

5 aprel / 15:08 1 dəq
660fc50df18aa660fc50df18ab1712309517660fc50df18a8660fc50df18a9
5 aprel / 15:08
Burada sizin reklamınız ola bilər

Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən (CFE) çıxıb.

Qerbxeber.com məlumatına görə, bu barədə qərar ölkənin rəsmi qəzetində dərc olunub.

Sənəddə göstərilir ki, rəsmi Ankara aprelin 8-dən sonra sənədin heç bir müddəalarına əməl etməyəcək.

Qərar mətnində həmçinin, Rusiya bu sənəddən çıxdıqdan sonra NATO-nun həmin anlaşmanın qüvvəsini və digər dövlətlərin ona qoşulması ilə bağlı sorğuları dayandırdığı bildirilib.

Qeyd edək ki, Rusiya 1990-cı ildə imzalanan və alyansın tərkibindəki rəqib dövlətlərin sərhəd bölgələrində qoşun cəmləşdirməsini qadağan edən müqavilədən 2023-cü ildə çıxıb.

Paylaş
Burada sizin reklamınız ola bilər