Dünya

Türkiyə vətəndaşların silah sahibi olması qaydalarını sərtləşdirəcək

20 aprel / 23:35 2 dəq
ərdoğan
20 aprel / 23:35
Burada sizin reklamınız ola bilər

Türkiyə hökuməti ötən həftə məktəbdə baş verən iki atışmadan sonra sakinlərin odlu silah sahibi olmasını məhdudlaşdıran əlavə hüquqi tədbirlər görəcək və silah sahiblərinə qarşı şərtləri sərtləşdirəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra məlumat verib.

“Məktəblərimizdə təhlükəsizliyin təmin edilməsi bizim əsas prioritetimizdir. Bu məsələdə nə indi, nə də gələcəkdə heç bir güzəşt olmayacaq. Təhlükəsizlik və mühafizə öhdəliklərini yerinə yetirməyən odlu silah sahiblərinə qarşı cəzaları sərtləşdirəcəyik. Silah sahibliyini məhdudlaşdıran əlavə hüquqi qaydalar tətbiq edəcəyik” – Ərdoğan qeyd edib.

O qeyd edib ki, aprelin 15-də Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətindəki bir məktəbdə baş verən fövqəladə hadisə nəticəsində doqquz nəfər ölüb, 21 nəfər yaralanıb. Aprelin 14-də isə eyni bölgədəki Şanlıurfa vilayətindəki bir məktəbdə on doqquz nəfər yaralanıb.

Türkiyə prezidenti bildirib ki, sosial mediada və rəqəmsal kommunikasiya platformalarında yalan, manipulyativ və zərərli məzmun yayan hesablara qarşı lazımi tədbirləri görülüb.

Ərdoğan əlavə edib ki, ölkə hakimiyyəti “virtual patrulları” gücləndirmək və hüquq-mühafizə orqanlarının kibertəhlükəsizlik imkanlarını gücləndirmək niyyətindədir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı