Türk lirəsi tarixdə ən aşağı həddə düşüb…
Türk lirəsi son bir gün ərzində dollar qarşısında 0,79% ucuzlaşıb.
“Qərb Xəbər” məlumat verir ki, tarixdə ilk dəfə 1 dollar 29,12 türk lirəsinə bərabər olub.
Daha əvvəl bildirilib ki, 2023-cü ilin may ayında Türkiyədə inflyasiya, rəsmi məlumatlara görə, aylıq 0,04%, illik hesablamada isə 39,59% təşkil edib. Aprelin sonunda inflyasiya 43,68%, martın sonunda isə 50,5% təşkil edib.
Türkiyə Mərkəzi Bankı ilin sonuna inflyasiyanın 22,3%-ə çatacağını proqnozlaşdırır.
Qeyd edək ki, lirənin dollara nisbətdə məzənnəsi ilin əvvəlindən 24% ucuzlaşıb.