“Turan Tovuz”un futbolçusu cəzalandırılıb
“Turan Tovuz”un futbolçusu Kamal Bayramov Premyer Liqanın XXX turunda “Kəpəz”lə oyun bitdikdən sonra rəqib oyunçuları təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılıb.
AFFA İntizam Komitəsi qapıçının bu hərəkətinə görə, kluba 1600 manat cərimə tətbiq edib.
Görüşün ardından təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan tovuzluların müdafiəçisi Tərlan Quliyev isə 2 oyunluq cəza alıb, klubunu 1600 manat ziyana salıb.
Bundan başqa, “Turan Tovuz”un gürcüstanlı yarımmüdafiəçisi Piruzi Marakvelidze rəqibi aşkar qol imkanından məhrum etdiyindən, 1 oyun cəza ilə üzləşib. Bu, tovuzluların 200 manatlıq cərimə olunması ilə nəticələnib.
Həmçinin, futbolçuları isinmə hərəkətləri edən zaman tələbləri pozan “Turan Tovuz” daha 200 manatlıq cərimə ilə üzləşib.
“Kəpəz” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimələnib.
XXX turda “Zirə”nin qonağı olan “Səbail” ikinci hissə üçün meydançaya gec çıxdığından, 2400 manat cərimələnib.
“Neftçi” ilə qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan “Qəbələ” isə 800 manatlıq cəriməyə məruz qalıb.




