İdman

“Turan Tovuz” klubu Filip Ozobiçlə anlaşıb

26 iyul / 21:04 1 dəq
9d28749c 3311 45f0 8a74 1e69dd211c09
26 iyul / 21:04
Burada sizin reklamınız ola bilər

“Turan Tovuz” klubu Azərbaycan millisinin üzvü Filip Ozobiçlə anlaşıb.

Qerbxeber.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq “Neftçi”nin formasını geyinən yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş F.Ozobiç Azərbaycanda “Qəbələ” və “Qarabağ”da da forma geyinib.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.

Paylaş
Burada sizin reklamınız ola bilər