Bölgə xəbərləri

“Turan” “Kəpəz”ə böyük hesabla qalib gəldi

28 sentyabr / 18:52 1 dəq
Turan tovuz yeni (1)
28 sentyabr / 18:52
Burada sizin reklamınız ola bilər

Misli Premyer Liqasının VI turunda “Turan Tovuz” “Kəpəz”ə qalib gəlib.

Qerbxeber.com xəbər verir ki, “Azərsun Arena”da keçirilən matç birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.

Qolları Aleks Souza (32) Joarlem Santos (36) və Filip Ozobiç (46) vurublar.

“Turan Tovuz” xallarının sayını 12-yə çatdırıb. Gəncə klubu isə xalsızdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “İmişli” “Zirə” (1:1) ilə, “Şamaxı” “Araz-Naxçıvan”la (1:1), “Neftçi” isə “Karvan-Yevlax”la (0:0) heç-heçə edib. “Qarabağ” “Qəbələ”ni 2:0 hesabı ilə üstələyib.

Paylaş
Burada sizin reklamınız ola bilər