Dünya

Trüdo İsraili Qəzzanın dinc sakinlərini müdafiə etməyə çağırıb

27 oktyabr / 09:29 1 dəq
Images 2023 10 27T092855.634
27 oktyabr / 09:29
Burada sizin reklamınız ola bilər

Kanadanın Baş naziri Castin Trüdo İsraili Qəzzanın dinc əhalisini müdafiə etmək üçün bütün səyləri göstərməyə çağırıb.

“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bunu hökumət başçısı jurnalistlərə bildirib.

“Biz qətiyyətlə israr edirik ki, İsrail hətta beynəlxalq hüquqa uyğun olaraq qanuni özünümüdafiə haqqından istifadə edərək HƏMAS-ı təqib edəndə də Qəzzanın mülki əhalisini qorumaq üçün hər cür səy göstərsin”, – Kanada lideri söyləyib.

Trüdo xatırladıb ki, Kanada Qəzzaya humanitar yardımların çatdırılması üçün Fələstin-İsrail münaqişəsi zonasında atəşkəsin tərəfdarıdır.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər