İranın xarici işlər naziri Abbas Arakçı və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff aprelin 12-də Omanda keçiriləcək görüşdə əsas müzakirəçilər olacaq.
Qerbxeber.com xəbər verir ki, bu barədə İranın “NourNyus” agentliyi məlumat yayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşündə İranla birbaşa danışıqların başladığını elan edib.