Bölgə xəbərləri

Trampın tviter hesabı blokdan çıxarılıb

21 noyabr / 11:00 1 dəq
Donald Trump official portrait Official portrait of President Donald J. Trump, Friday, October 6, 2017. (Official White House photo by Shealah Craighead)
21 noyabr / 11:00
Burada sizin reklamınız ola bilər

ABŞ-ın keçmiş prezidenti Donald Trampın tviter hesabı blokdan çıxarılıb. Bu, şənbə günü, noyabrın 19-da məlum olub.

“Qərb Xəbər” bildirir ki, bu barədə “Twitter” şirkətinin yeni sahibi, sahibkar İlon Mask hesabların bərpasına dair sorğunun nəticələrinə əsasən qərar verib.

Sorğuda iştirak edən 15 milyon respondentin əksəriyyəti (51,8 %) bunun lehinə olub.

Donald Trampın özü də Maskın sorğusuna “heç yerə hazırlaşmadığını” bildirməklə reaksiya verib və özünün “Truth” sosial şəbəkəsini xüsusi adlandırıb.

Xatırladaq ki, “Twitter” 2021-ci ilin yanvarında Respublikaçı tərəfdarların Kapitoliyə hücumu fonunda Trampın hesabını bloklamışdı. Platformanın rəhbərliyi qərarını “zorakılığa daha da təhrik etmək riski” ilə əsaslandırıb. Həmçinin siyasətçinin səhifələri feysbuk, instaqram, “Snapchat” və “Twitch” sosial şəbəkələri tərəfindən bloklanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər