Dünya

Tramp və Ərdoğan telefonla danışıb

5 may / 23:14 1 dəq
Erdogan tramp
5 may / 23:14
Burada sizin reklamınız ola bilər

Tramp və Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib.

Tramp bildirib ki, Rusiya-Ukrayna müharibəsini dərhal bitirmək üçün Prezident Ərdoğanla  işləməyi səbirsizliklə gözləyir.

“İndicə Türkiyə Prezidenti Rəcəb Ərdoğanla bir çox mövzularda, o cümlədən Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza və daha çox məsələlərlə bağlı çox yaxşı və məhsuldar telefon danışığım oldu”, – Tramp qeyd edib.

Tramp onu da bildirib ki, Ərdoğan onu Türkiyəyə səfərə dəvət edib: “Prezident məni Türkiyəyə səfərə dəvət etdi və eyni şəkildə o da Vaşinqtona gələcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər