Dünya

Tramp Ukraynaya “Patriot” raketlərinin verilməsini bərpa edə bilər

5 iyul / 08:20 1 dəq
Tramp
5 iyul / 08:20
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə “çox yaxşı” telefon danışığından sonra Ukraynaya “Patriot” raketlərinin tədarükünü bərpa edə bilər.

Bu barədə APA.az”Reuters” agentliyinə  istinadla məlumat yayıb.

Məlumata görə, Tramp bu məsələyə müsbət yanaşır və daha öncədən dayandırılmış, o cümlədən Rusiya hücumlarına qarşı müdafiə üçün həyati əhəmiyyət daşıyan onlarla hava hücumundan müdafiə raketlərinin tədarükünün bərpasını nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Kiyev isə resurs çatışmazlığı səbəbilə yaranmış gecikmələrə baxmayaraq, bu məsələnin tezliklə həll olunacağına ümid edir.

Paylaş
Burada sizin reklamınız ola bilər