Tramp: Ukraynada müharibəni bitirmək üçün yaxşı imkan var
Ukraynada müharibənin sonlandırılması üçün yaxşı imkan var.
Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasındakı paylaşımında bildirib.
“Dünən Rusiya və Ukraynailə əla danışıqlar aparıldı. Bu dəhşətli müharibəni bitirmək üçün yaxşı imkanlar var”, – Tramp vurğulayıb.
Qeyd edək ki, fevralın 12-də Tramp Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar aparıb.




