Sabah İran üçün son tarixdir.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp İrana ultimatumunun son tarixinin sabah bitdiyini xatırladıb.

Onun sözlərinə görə, İrana verilən vaxt uzadılmayacaq: “Bütün təkliflər masamın üzərindədir”.

Tramp həmçinin qeyd edib ki, İran döyüşçüləri bacarıqlı və qətiyyətlidirlər: “Onlar güclüdür, amma bir ay əvvəl olduğu kimi deyillər. İndi onların, demək olar ki, gücü qalmayıb”.