Dünya

Tramp qələbə qazanacağı təqdirdə Putin və Zelenskini danışıqlara çağıracağına söz verib

6 avqust / 09:31 1 dəq
66b11b9650f3666b11b9650f381722882966986f47e1c030f24d3ea26d4d8966f8cb
6 avqust / 09:31
Burada sizin reklamınız ola bilər

ABŞ-ın sabiq prezidenti və prezidentliyə namizədi Donald Tramp bildirib ki, noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, dərhal Rusiya və Ukrayna liderləri ilə şəxsən əlaqə saxlayacaq və onları danışıqlara başlamağa çağıracaq.

Qerbxeber.com xəbər verir ki, Donald Tramp bunu Edin Rossun canlı yayımda suallarını cavablayarkən deyib.

“Seçkilərdə qalib gəlsəm, ilk işim Putin və Zelenski ilə əlaqə saxlamaq olacaq. Mən onların hər ikisini çox yaxşı tanıyıram və bunu etməyə nail olacağam”, – deyə Tramp bildirib.

O bildirib ki, qalib olacağı təqdirdə bu məsələni hətta andiçmə mərasimindən əvvəl tez həll edəcək.

Tramp həmçinin ABŞ prezidenti Co Baydenin hazırkı administrasiyasının siyasəti sayəsində başlaya biləcək üçüncü dünya müharibəsinin da qarşısını alacağına söz verib.

Paylaş
Burada sizin reklamınız ola bilər