Tramp Putin və Kim Çen İn-ə salam göndərdi-TƏXRİBAT iddiası
Çin sədri Si Szinpin, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn ABŞ-a qarşı təxribat hazırlayır.
Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Pekində İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd olunmasını şərh edərkən deyib.
“Qoy Çin prezidenti və gözəl Çin xalqı gözəl və unudulmaz bayram keçirsin. ABŞ-a qarşı təxribat hazırladığınız zaman Vladimir Putinə və Kim Çen İnə ən səmimi arzularımı çatdırın”, – o bildirib.




