Dünya

Tramp: İranın bütün nüvə obyektləri məhv edilib

23 iyun / 07:05 1 dəq
Tramp yeni
23 iyun / 07:05
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın yeraltında yerləşən bütün nüvə obyektlərinə ABŞ Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində maksimum zərər dəyib.

Bu barədə o, “Truth Social” platformasında paylaşım edib.

“Peyk görüntüləri göstərir ki, İranın bütün nüvə obyektələrinə maksimal zərər vurulub. ‘Məhv edilib’ ifadəsi tam dəqiqdir!” – deyə Tramp yazıb.

Prezident əlavə edib ki, ən böyük dağıntılar yer səviyyəsindən xeyli aşağıda yerləşən obyektlərdə qeydə alınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər