Dünya

Tramp HƏMAS-ın zorla silahsızlaşdırılmasını istisna etməyib

14 oktyabr / 23:28 1 dəq
Tramp yeni 3
14 oktyabr / 23:28
Burada sizin reklamınız ola bilər

HƏMAS silahları könüllü şəkildə təhvil verməyəcəyi halda, hərəkatın tərk-silah edilməsi planlaşdırılır.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə argentinalı həmkarı Xavyer Miley ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Əgər silahları təhvil verməsələr, biz onları silahsızlaşdıracağıq”, – deyə Amerika lideri bildirib.

Tramp hərəkatın necə silahsızlaşdırılacağını dəqiqləşdirməkdən imtina edib. “Bunu sizə izah etməyə borclu deyiləm. Onlar bilirlər ki, biz oyun oynamırıq”, – deyə o qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər