Dünya

Tramp Çin məhsullarına rüsumları yenidən qaldırdı

11 aprel / 08:56 1 dəq
67f7e60e7fae467f7e60e7fae5174429953467f7e60e7fae267f7e60e7fae3
11 aprel / 08:56
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını 145 faizə yüksəldib.

Qerbxeber.com xəbər verir ki, bu barədə CNBC Ağ Evə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Çindən idxal olunan məhsullara ABŞ-ın tətbiq etdiyi tarif dərəcəsi hazırda faktiki olaraq 145%-dir.

Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ-ın Çinə tətbiq etdiyi ticarət tariflərini 125%-ə qaldırmışdı.

Çin hakimiyyəti isə buna cavab tədbiri olaraq ABŞ-dan idxal olunan mallara rüsumları 84%-ə qədər artırmağa qərar vermişdi. Tramp Çini bu addımdan geri çəkilməyə çağırmış, əks halda rüsumları daha da qaldıracağını bildirmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər