Tramp Azərbaycandan danışdı…
ABŞ Prezidenti Donald Tramp jurnalist Mark Levinin Yutub kanalına müsahibə verib.
Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, o, burada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki roluna bir daha toxunub.
Digər münaqişələr arasında Tramp burada da mühüm töhfəsi olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan sülh prosesindən danışan ABŞ prezidenti Ermənistanı “Albaniya” adlandırıb.
Tramp vurğulayıb ki, o, 34-35 il müharibə şəraitində olan Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasında müsbət rol oynayıb, onları savaşmağa yox, bir-biri ilə ticarət etməyə çağırıb. Prezident bir müddət məsələ ilə məşğul olduğu məsələnin müsbət razılaşma ilə yekunlaşdığını söyləyib.
“Hətta bəziləri mənə deyirdilər ki, bunu həll edə bilməzsən, amma mən bunu həll etdim”, – ABŞ prezidenti əlavə edib.
Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünü də xatırladıb.




